Məzmuna keç

Bu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi parlamentə mayın 15-dən sonra təqdim olunacaq

2023-cü ilin dövlət büdəcisnə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt məlum olub.

E-huquq.az-ın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, büdcəyə dəyişikliklər layihəsi mayın 15-dən tez parlamentə təqdim olunmur: "Biz də bu təqvimə riayət edəcəyik".