Məzmuna keç

Prezidentin köməkçisi Aİ-nin komitə sədri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.

“Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsində üzv dövlətlərlə səmimi və açıq fikir mübadiləsinə görə Delfin Pronka təşəkkür edirəm”, – paylaşımda deyilir.