Məzmuna keç

Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində icra olundu

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bu gün imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiat xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində icra edilib.

E-huquq.az xəbər verir ki, müəssisədən 1 nəfər azadlığa buraxılıb.

Sərəncama əsasən, müəssisədə cəza çəkən 4 məhkumun cəzası azaldılıb.