Məzmuna keç

Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir –

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə e-huquq.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", – məlumatda qeyd olunub.