- 11 May 15:08
"Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik".
Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, gündüz saatlarından həmin ərazidə qatı duman var: "Bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür".