Ərdoğan Taxıl Sazişinin müddətinin uzadıldığını açıqladı


  • 17 May 2023 20:27

Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ölkəmizin səyləri, rus dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın töhfələri ilə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin daha 2 ay müddətinə uzadılması qərara alınıb. Qlobal ərzaq tədarük zəncirlərinin fasiləsiz işləməsi və xüsusilə ehtiyacı olan ölkələrin taxıla çıxışını asanlaşdırmaq üçün həyati əhəmiyyət kəsb edən bu qərarın bütün tərəflər üçün faydalı olmasını arzu edirəm.Biz bütün şərtləri yerinə yetirərək müqavilənin növbəti dövrdə də davam etməsi üçün səylərimizi davam etdirəcəyik",- deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, 2022-ci ilin iyul ayının 22-də İstanbulda Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. Sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.

Oxşar xəbərlər