Məzmuna keç

“Günay Bank”ın əmək haqqı kartlarındakı pulların taleyi necə olacaq?

"Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək.

"Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləqvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara odənilir. Bunun üçün ləqvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir", – deyə deputat qeyd edib.

V.Bayramovun sözlərinə görə, prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir.

Şəbnəm Mehdizadə