Məzmuna keç

Ödənişsiz hüquqi yardım kampaniyası elan edildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı BMT-nin Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası ilə birlikdə sosial cəhətdən həssas əhali qrupları üçün ödənişsiz hüquqi yardım kampaniyası elan edir.…

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı BMT-nin Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası ilə birlikdə sosial cəhətdən həssas əhali qrupları üçün ödənişsiz hüquqi yardım kampaniyası elan edir.

E-huquq.az xəbər verir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və 18 İyun – Milli İnsan Hüquqları Gününə həsr olunan bu kampaniya çərçivəsində Bakı şəhərində və regionlarda şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, qaçqınlar, keçmiş məcburi köçkünlər və digər şəxslərə hüquqi xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 18 may – 18 iyun tarixlərini əhatə edəcək kampaniya Ombudsmanın BMT-nin Azərbaycandakı Ofisi və agentlikləri ilə əməkdaşlıqda insan hüquqları sahəsində birgə İşçi Qrupunun 2023-cü il üçün Fəaliyyət Planına əsasən təşkil olunur.

Bakı, SKS Plaza, 3-cü mərtəbə

Əlaqə: +994 51 500 08 58

Bərdə, Heydər Əliyev prospekti 100

Əlaqə: +994 55 333 85 88

Masallı, Heydər Əliyev prospekti

Əlaqə: +994 55 250 19 63

İmişli, Heydər Əliyev prospekti 4

Əlaqə: +994 51 874 64 26

Qəbələ, Elçin Kərimov 79

Əlaqə: +994 50 597 16 96

Şəki, Regional Vəkil Bürosu Məhəmməd Əmin Rəsulzadə küçəsi, 139A

Əlaqə: +994 55 890 70 39

Məcburi köçkünlər və müharibədən ziyan çəkmiş şəxslər üçün:

Bakı, Park View Biznes Mərkəzi, 5-ci mərtəbə

Əlaqə: +994 12 311 01 30

Gəncə, Məmməd Xələfov 5

Əlaqə: +994 55 581 20 38

Mingəçevir, İsmət Qayıbov

Əlaqə: +994 55 680 54 39

Bərdə, Heydər Əliyev prospekti 106

Əlaqə: +994 50 220 10 09

Ağdam, Quzanlı qəsəbəsi, məhkəmə binası

Əlaqə: +994 50 391 46 35

Tərtər, Heydər Əliyev prospekti

Əlaqə: +994 51 852 71 76

Füzuli, Horadiz şəhəri, Gənclər Mərkəzi

Əlaqə: +994 50 300 81 30

Qaçqın və sığınacaq axtaran şəxslər üçün:

Bakı, BMT QAK Qaçqın Qəbul Mərkəzi

Əlaqə: +994 51 252 10 88

Vətəndaşlığı olmayan şəxslər və vətəndaşsızlıq riski altında olan şəxslər üçün:

Bakı

Əlaqə: +994 70 855 07 61