Məzmuna keç

Şöbə rəisi: “Son günlər təbii qaza olan tələbat artıb”

"Son günlər havaların soyuması ilə əlaqədar olaraq təbii qaza olan təlabat artıb. Mayın 18-də ölkə üzrə 13 milyon 431 min kubmetr qaz qəbul edilib".

E-huquq.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisinin sözlərinə görə, bu ötən ilin eyni günü ilə müqayisədə 2 milyon 278 min kubmetr artıq qaz qəbulu deməkdir: "2022-ci il eyni tarixdə 11 milyon 153 milyon kubmetr qaz qəbul edilmişdi".

R.Əhmədov deyib ki, abonentlər təlabata uyğun olaraq təbii qazla təmin olunur və təzyiqlə bağlı hər hansı problem yoxdur.

Şəbnəm Mehdizadə