"2023-cü ilin 5 ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinə daxil olan müraciətlər ötən ilin eyni dövrü ilə müqayisədə 27 946 müraciət azdır".
E-huquq.az xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, qaz təzyiqi və qaz təchizatı ilə bağlı müraciətlər ötən ilə nisbətən 10 638 marciət az olub: "Həmçinin qaz sızmaları ilə bağlı 324, sayğaclarla bağlı 6620, məlumat xarakterli isə 10 464 az müraciət daxil olub".
"Bütün bunlar aparılan yenidənqurma və maarifləndirmə işlərinin nəticəsidir", – şöbə rəisi əlavə edib.
Şəbnəm Mehdizadə
