Məzmuna keç

ATƏT sədri Azərbaycana səfərə gəldi

ATƏT sədri Azərbaycana səfərə gəldi

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak Azərbaycana səfərə gəlib.

E-huquq.az xəbər verir ki, səfərdə məqsəd Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak etməkdir.

ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşəcək.

M.Layçak Slovakiya, o cümlədən ATƏT-lə Azərbaycan arasındakı ələqələrin hazırki vəziyyəti və gələcək inkişafı ilə bağlı müzakirələr aparacaq.