Məzmuna keç

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti İlham Əliyevə məktub göndərib

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının və Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev Prezident İlham Əliyevə məktub göndərib.

E-huquq.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, “Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar və böyük dəyişikliklər, əhalinin sosial rifahının artırılması yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan və Rusiya arasında iqtisadi, siyasi, mədəni əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli şəkildə artmasına kömək edəcək və bu da bizim dost xalqlarımızın maraqlarına tam cavab verir. Mən həmvətənli olaraq, tarixi Vətənimlə fəxr edir, qürur duyuram.

Xüsusi vurğulamaq istəyirəm ki, Siz Azərbaycan Respublikasında Heydər Əlirza oğlu Əliyevin islahatçılıq yolunun layiqli davamçısısınız. Sizin vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövləti vəzifələri mükəmməl surətdə icra etməyiniz Vətənə layiqli xidmətin nümunəsidir.

Qoy, enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizin nəsibiniz olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".