Məzmuna keç

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 16 min manatlıq tenderinin qalibini açıqladı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işləri və müxtəlif xidmətlər satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Furqan" MMC olub.

Məlumata görə, qalib şirkətə 15.959,5 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə