"Azəriqaz" limiti keçən abonentlərin sayını açıqladı


  • 26 May 2023 11:25

Cari ilin yanvar-aprel ayları ərzində əhali sektorunda 1 milyon 932 min 299 abonent (ümumi abonentlərin 77,5%-i) 12 qəpiklik tarifdən istifadə edib.

E-huquq.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi qeyd edib ki, hesabat dövründə 514 min 780 abonent (ümumi abonentlərin 20,6%-i) 20 qəpiklik, 47 353 abonent isə (ümumi abonentlərin 1,9%-i) 25 qəpiklik tarifdən istifadə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər