Seçkilərin ikinci turunun nəticələri bir daha xalqın Prezident Ərdoğana güvəninin göstəricisidir - Ömər Çelik


  • 28 May 2023 20:23

Seçkilərin ikinci turunun nəticələri bir daha xalqın Prezident Ərdoğana güvəninin göstəricisidir.

E-huquq.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"Türkiyədə prezident seçkilərinin ikinci turunu da uğurla başa vurduq. Seçkilərin ikinci turunun nəticələri də xalqımızın Prezidentimiz Ərdoğana bir daha güvəninin göstəricisidir. Xalqımızın seçiminə hörmətlə yanaşırıq", - deyə o bildirib.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident seçkilərinin ikinci turu başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.

Prezident seçkilərinin ikinci turunda ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan və Cumhuriyyət Xalq Partiyasının sədri (CHP) Kemal Kılıçdaroğlu iştirak edirlər.

May ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səsvermədə iştirak ediblər.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərin ikinci turunda səsvermədə 0 vətəndaşın iştirak etməsi gözlənilir.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermənin ikinci turu 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.

Oxşar xəbərlər