Baronessa Nikolson: “Azərbaycan Prezidenti ilə görüş çox məhsuldar keçdi”


  • 29 May 20:31

“Azərbaycan Prezidenti ilə görüş çox məhsuldar keçdi”.

E-huquq.az xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Prezident İlham Əliyevlə görüşdən təəssüratlarını bölüşərkən deyib.

"Bu həftə çox maraqlı olacaq, çünki Bakı Enerji Həftəsi başlayır", - Baronessa əlavə edib.

Xatırladaq ki, Baronessanın Azərbaycana dördgünlük səfəri bu gün başlayıb. Nikolson enerji bazarı imkanlarını və Azərbaycanın “təmiz enerji”yə keçidini müzakirə etmək üçün “Baku Connect” tədbirində iştirak edəcək. O, həmçinin Bakı Enerji Həftəsi və Bakı Enerji Forumunda iştirak edəcək. Emma Nikolsonun energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Sədri Sahibə Qafarova, enerji, tikinti və tibb şirkətlərinin nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər