- 11 Sentyabr 21:04
Bakı şəhərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycan nümayəndəliyinin VII Milli Şura Toplantısı keçirilib.
E-huquq.az xəbər verir ki, toplantıda qəbul olunan qərarlardan biri də ELSA Naxçıvanın yaradılması ilə bağlı olub.
Ümumi qərara əsasən, sözügüdən təşkilatın Naxçıvan nümayəndəliyi yaradılıb və Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının 8 tələbəsindən ibarət idarə heyəti təsdiq olunub.
Qeyd edək ki, ELSA dünyanın ən böyük hüquqşünas tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin, 210 universitetindən olan 35,000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşunası özündə birləşdirir. Təşkilatın yaradılmasında və hazırki fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, beynəlxalq konfranslar, təlimlər, simulyasiya məhkəməsinin keçirilməsi yolu ilə hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.