Osman Gündüz: "Azərbaycanda kibertəhlükəsizliklə bağlı ciddi addımlar atılıb"


  • 31 May 2023 11:29

"Azərbaycanda kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb".

Bunu e-huquq.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O, Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"unu yüksək qiymətləndirib. Bildiirb ki, Forum ölkəmizin kiber mühiti və ümumiyyətlə, informasiya texnologiyaları mühitinin inkişafı üçün mühüm əhəmiyət kəsb edir.

"Artıq ikinci dəfədir ölkəmizdə belə bir möhtəşəm forum təşkil olunur. Son illər ölkəmizdə bu sektorda ciddi irəliləyiş və inkişaf var. Düşünürəm ki, gələcəkdə Azərbaycanda yeni bir mühit - kritik informasiya mühiti formalaşacaq. Bu mühitin formalaşması üçün ən mühüm məsələ kadr təminatı və qanunvericiliyin təkmilıəşməsidir", - deyə O.Gündüz qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər