"İnformasiya texnologiyalarının inkişafı kibertəhlükəsizliklə bağlı tədbirlərin gücləndirilməsini zəruri edir" - Zahid Oruc


  • 31 May 2023 12:39

"Son illər sürətlə inkişaf edən süni intellekt texnologiyaları kibertəhlükərin qlobal xarakter almasına zəmin yaradıb".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.

O bildirib ki, kibertəhlükələr sivilizasiya üçün ən böyük təhlükələrdən saylır.

"Posmüharibə reallığı, Azərbaycanın hazırkı geosiyasi mövqeyi, hərbi potensialı, fəal xarici siyasəti təhlükəsizlik tədbirlərini də artırır. Azad edilən ərazilərdə ağıllı şəhərlər və kəndlər texnoloji resursların hücumuna mərazu qala bilər. Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizin maliyyə-bank sisteminə hücumları hamıya bəllidir. Davam edən Rusiya-Ukrayna müharibəsi də göstərdi ki, savaş təkcə coğrafi məkanlar üçün deyil, daha artıq dərəcədə kritik infrastruktura qarşı aparılır. İKT sektorunda baş verən sanksiya müharibələri informasiya suvenrenliyinin coğrafi və su məkanının toxunulmazlığı qədər vacib olduğunu göstərdi. Bu gün virtual sərhələri qorumaq və kiberhücumlardan müdafiə olunmaq dövlətlər üçün son dərəcə mühümdür. Ona görə də dövlət strukturlarında, xarici proqram təminatları, İT həlləri və antivirusların tətbiqi "Bayraktar"lar və "Harop"lar qədər vacibdir", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər