Davud Rüstəmov: "Müharibələr  artıq hərbi obyektlərə deyil, kritik infrastruktura qarşıdır"


  • 31 May 2023 13:37

"Biz kritik informasiya strukturlarının təhlükəsizliyinin təmin olunmasında maraqlı olmalıyıq".

E-huquq.az xəbər verir ki, bunu Dövlət Təhlüləsizliyi Xidmətinin (DTX) Kibertəhülkəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.

O bildirib ki, artıq müharibələr hərbi obyektlərə deyil, kritik infrastruktura qarşıdır.

"Kritik informasiya strukturları nəyə görə ayrıca bir statusu olmalıdır və bu, nədir? Bunu misallar çəkərək daha anlaşılan şəkildə izah etmək istərdim. Məsələn, xeyli sayda çağrı sistemləri vardır və bunların arasında təcili tibbi yardım sistemi də var ki, hər kəs bundan istifadə edir və bu, əhalinin mühüm təminatı sayılır. Bir anlıq düşünün ki, bu sistemdə baş verə biləcək hər hansı bir xəta, bilərəkdən və ya bilməyərək, yaxud məqsədli şəkildə həyata keçirilmiş kiberhücumlar hansı çətinliklərə gətirib çıxara bilər. 2018-ci ildə ölkəmizdə elektrik enerjisi şəbəkəsində yaranmış böhranı, 2015-ci ildə Ukraynada SCADA sistemlərinə olunan kiberhücumları və digər məslələri misal gətirmək. Artıq müharibələr hərbi obyektlərə deyil, kritik infrastruktura qarşıdır. Nəzərə alsaq ki, IV sənaye inqilabını yaşayırıq və bu dövrdə hər şey rəqəmsallaşmanı tələb edir, bu zaman biz kritik informasiya infrastukturlarının olduğunu qəbul edirik. Bunun da təhlükəsizliyində maraqlı olmalıyıq", - deyə D.Rüstəmov qeyd edib.

O, kritik infastrukturlarla bağlı beynəlxalq təcrübədən də danışıb: "Bu sahadə Almansiya və Rusiya təcrübəsi seçilir ki, onlarda kritik informasiya infastrukturları vaciblik meyarlarına görə 3 səviyyədə təsnifatlaşdırılır. Digər dövlətlərdə yalnız sektor olaraq yanaşırlar. Məsələn səhiyyə sektoru, yaxud dövlət idarəçiliyi, maliyyə bazarları sahəsi, su təchizatı kitikdir deyə o sahənin bütün infrastrukturları kritik sayılır. Bizdə isə müvafiq qanunun qəbulundan sonra kritik informaisya infrastrukturu obyektlərinin konkret siyahısı dərc olunacaq və Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra bu siyahı üzrə bütün işlər görüləcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər