Şahin Əliyev: "Kibertəhlükəsizlik üzrə yerli məhsulların yaradılmasına çalışırıq"


  • 31 May 2023 16:15

"Kibertəhlükəsizlik rəqəmsallaşma üçün fundamental mməsələlərdən biridir. Əgər biz təhülkəsizliyi təmin etməsək, rəqəmsallaşmadan danışmağımız mənasızdır".

E-huquq.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müşaviri Şahin Əliyev Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.

O bildirib ki, kibertəhlükəsizlik mövzusunda ardıcıl tədbirlərin təşkili sevindirici haldır.

"Bu, gələcəkdə startapların sayının artmasına da təkan verir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Biz bu istiqamətdə startapların yaranmasına və onların dayanıqlı şəkildə fəaliyyətinə dəstək göstəririrk. Bu bir faktdır ki, ölkəmizdə kifayət qədər mütəxəssis yoxdur. Belə olan təqdirdə uğurlu startaplardan da söhbət gedə bilməz. Buna görə də bizim mütəxəssislərin yetişdirilməsi ilə bağlı müəyyən layihələrimiz var. Onlardan biri təqaüd proqramdır. Burada 50-ə yaxın istiqamət üzrə mütəxəssislər yetişdirilməsinə dəstək göstərilib. Bu imkan verir ki, gənclər gələcəkdə yeni startap layihələr yarada bilsin. Digər tərəfdən, İsrailin "Tecnion" Universiteti ilə birgə layhə həyata keçirdik. Azərbaycan Kibertəhülkəsizlik Mərkəzi yaradıldı və burada yeni mütəxəssislər yetişdirirlir. Bununla yanaşı, digər məqsəd yerli məhsulların yaradılmasıdır. Həmin Mərkəzdə təhsil alan tələbələrin iştirakı ilə əlavə olaraq yerli məhsulların hazırlanmasına start vermişik. Ümid edirik ki, bu ilin sonuna qədər ilkin məhsul hazır olacaq. Növbəti üç il ərzində iki yeni məhsul hazırlaya biləcəyimizi düşünürəm", - Ş.Əliyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər