Elşad Nəsirov: "İnformasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrların hazırlanması zəruridir"


  • 31 May 2023 17:15

"İnformasiya təhlükəsizliyi ixtisası digər ixtisaslardan fərqli olaraq yeni bir ixtisasdır. İlk olaraq bu ixtisas üzrə mütəxəsssilərin hazırlanması DTX-nin Heydər Əliyev adına Akademiyası tərəfindən həyata keçirilib. Hazırda Akdemiya bu ixtisas üzrə mütəxəssislərin hazırlanması prosesini davam etdirir".

E-huquq.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.

O bildirib ki, informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir: "Deyərdim ki, informasiya texnologiyaları hər gün dəyişir, yenilənir. Dövlət standartlarından bəzi kənara çıxmalar ola bilir. Son dönəmdə İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil proqramlarının qısa müddətdə yenilənmiş olduğunu müşahidə edirik. 2020-ci ildə ildə yeni təhsil proqramının qəbul olunmasına baxmayaraq, 2022-ci ilin iyul ayında Elm və Təhsil Nazirliyi tərəfindən yeni standart təsdiq edildi. Bu, bizim sferada yeniliklər, tələblər, informasiya texnologiyalarının sürətli inkişafı və təhdidlərin çoxalması, nəticə etibarilə yerli biliklərə malik olan kadrların hazırlanması zəraurəti ilə bağlıdır. Hesab edirəm ki, bu proses gələcəkdə də davam edəcək", - deyə E.Nəsirov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər