- 16:53
"Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi ixtisasını beş il əvvəl açılıb. Hələ o vaxt ölkədə bu trend yeni yaranırdı. Biz bu ehtiyacı hiss etdik. Bakı Ali Neft Məktəbi beş il bundan öncə ilk dəfə olaraq informasiya təhülkəsizliyi üzrə tələbə qəbulu elan etdi. İlk ildə Azərbaycanda ən yüksək bal toplayan tələbələr məhz bu ixtisası seçdi".
E-huquq.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda uzun illər yüksək bal toplayan tələbələr hüquq fakültəsini seçirdi, amma son beş ildə Azərbaycanda ilin ixtisası məhz Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası olub.
"Bu ixtisas üzrə ortalama bal 680-dir. Təkcə bu il sözügedən ixtisasa qəbul olan 13 nəfər Prezident təqaüdü alıb. Gördüyünüz kimi, ölkənin ən bilikli, bacarıqlı savadlı tələbələri bu ixtisası seçir. Bu onu göstərir ki, bu ixtisas gələcəyin ixtisasıdır. Azərbaycanın ən potensiallı gəncləri bu ixtisası seçməklə kibertəhlükəsizlik sahəsindəki kadr çatışmazlığını aradan qaldıracaq. Bu, bizi çox xoşbəxt edir. Bu, o deməkdir ki, biz etimadı doğrulda bilmişik. Lakin bu sahə sürətlə inkişaf edir. Daim özünü və biliklərini yeniləməlisən. Bu ixtisas böyük investisiya tələb edən ixtisasdır", - deyə BANM-ın rektoru bildirib.
Şəbnəm Mehdizadə