Təhsil İnstitutunun direktoru: "Kibertəhlükəsizlik üzrə kadrların hazırlanmasına töhfə verməyə çalışırıq"


  • 31 May 2023 17:43

"İnformasiya texnologiyaları həyatımızı asanlaşdırsa da, özü ilə bərabər müxtəlif problemlər də gətirir. Bunlardan biri də informasiya təhlükəsizliyidir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda çıxış edərkən deyib.

Onun sözləırinə görə, İnstitut kibertəhlükəsizlik üzrə kadrların hazırlanmasına töhfə verməyə çalışır.

"150 mindən artıq şagirdi əhatə edən “STEAM Azərbaycan” layihəsi uşaqların texnologiyalara dair biliklərini və XXI əsr bacarıqlarını inkişaf etdirməkdədir. "Rəqəmsal bacarıqlar" layihəsi artıq 200 mindən çox şagirdi əhatə edir. Bunlar təhsil sistemində atılan böyük addımlardır. Digər tərəfdən, həyata keçirilən kiçik layihələr də var. Bunlardan biri Təhsil İnstitutunun birbaşa həyata keçirdiyi “Kibertəhlükəsizlik” təlimləri layihəsi olub. Həmin layihə çərçivəsində 100-dən artıq mütəxəssis məzun olub", - deyə direktor bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər