Məzmuna keç

Dövlət Gömrük Komitəsi sədrinin müavinləri vətəndaşları qəbul etdi

Dövlət Gömrük Komitəsi sədrinin müavinləri vətəndaşları qəbul etdi

Noyabrın 29-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Salyan şəhərində Salyan rayonundan, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Sabirabad şəhərində Sabirabad və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.