"Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı mühüm qanunlar və dövlət proqramları qəbul olunub" - Hicran Hüseynova


  • 1 İyun 2023 16:52

"Bu gün dünyada çox mürəkkəb proseslər gedir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu proseslər bizim gələcəyimizə təsir göstərə bilər. Ona görə də biz sağlam düşüncəli, vətənpərvər, savadlı uşaqlar yetişdirməli, tərbiyə etməliyik".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, ölkəmizdə uşaqların müdafiəsi ilə bağlı bir sıra mühüm qanunlar və dövlət proqramları qəbul olunub.

"Bu gün uşaqlarımızın beynəlxalq arenalarda qazandığı uğurlar bizi çox sevindirir. Bu onu göstərir ki, uşaqlarımızın potensialı çox yüksəkdir. Biz də məhz bunun üçün çalışırıq. Çünki bizim gələcəyimiz onların əlindədir. Gənc nəsil ölkəmizi daha da qüdrətləndirmək üçün çalışmalıdır. Gənclər öz zəhməti, biliyi ilə Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızın bərpası və inkişafına dəstək olmalıdır", - deyə H.Hüseynova qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər