Bahar Muradova: "Azərbaycanda uşaq siyasəti ilə bağlı böyük işlər görülür"


  • 1 İyun 2023 18:04

"Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi, təhlükəsiz həyatının təmin edilməsi istiqamətində ciddi işlər görülüb".

E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu gün uşaqların hüquqlarının müdafiəsi ölkə siyasətinin prioritet istiqamətlərindən biridir.

"Azərbaycanda uşaq siyasəti ilə bağlı böyük işlər görülür. Biz də öz növbəmizdə uşaqların hüquqlarının müdafiəsi üçün bizdən gözlənilən bütün lazımlı addımları atmağa hazırıq. Komitə olaraq bu sahədə müvafiq siyasətin həyata keçirilməsi üçün çalışırıq", - deyə B.Muradova qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər