Səbinə Əliyeva: "Qadın hüquqlarının müdafiəsi daim Ombudsmanın diqqətindədir"


  • 2 İyun 2023 10:36

"Ölkəmizdə qadın hüquqları həmişə prioritet məsələlərdən olub. Hələ AXC dövründə Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, ölkəmizdə gender siyasətinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirir: "Azərbaycanda qadınların ictimai həyatda fəal iştirakına xüsusi diqqət yetirilir. Onların elm, səhiyyə və digər sahələrdə çalışması, fəxri adlara layiq görülməsi, mövcud mənfi sterotiplərin aradan qaldırılması əsas hədəflərimizdir".

S.Əliyeva deyib ki, qadın hüquqlarının müdafiəsi daim Ombudsmanın da diqqətindədir: "Gender bərabərliyi bütün dünyada ciddi problem çevrilib. Gender bərabərliyinin təmin edilməsi üçün müxtəlif təkliflər irəli sürülür. Bu təklifllərin əsas hissəsi öz həllini tapmaqdadır. Bu istiqamətdə Ombudsmanın ünvanına daxil olan bütün müraciətlərə həssas yanaşılır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər