David Asatiani: "Gender zorakılığının qarşısının alınması mühüm məsələdir"


  • 2 İyun 2023 11:33

"Gender bərabərliyi bütün cəmiyətlər üçün son dərəcə vacib və həyati əhəmiyət daşıyan məsələdir".

E-huquq.az xəbər verir ki, bunu Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) vitse-prezidenti, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, gender bərabərliyi olmadan heç bir cəmiyət inkişaf edə bilməz.

"Bu məsələdə qadın vəkillərin də rolu vurğulanmalıdır. Qadınların hüquq sahəsində rolunun artması çox vacib amillərdən biridir. Onların bütün sahələrdə təmsil olunması vacibdir. Gender bərabərliyinin təmin ediıməsi deyəndə təkcə hüquqi çərçivədən söhbət getmir. Gender bərabərliyinin təmin edilməsi, qadınların hüquqlarının müdafiəsi üçün hər birimiz səylərimizi birləşdirməliyik", - deyə David Asatiani qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər