Gulçöhrə Mətkərimova: "Dünyada gender bərabərsizliyi hələ də mövcuddur"


  • 2 İyun 2023 15:21

"Biz hər birimiz qadınlara qarşı diskriminasiyanın əleyhinəyik".

E-huquq.az xəbər verir ki, bunu Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasının professoru Gulçöhrə Mətkərimova türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, qadınlara qarşı diskriminasiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir.

"Lakin gender bərabərsizliyi hələ də qalmaqdadır. Əgər bu gün bu problem haqdda danışırıqsa, deməli gender bərabərliyi ilə bağlı məsələlər hələ də tam həll edilməyib. Qızlarımızı və oğlanlarımızı düzgün tərbiyə etsək, bu sahədə gələcək uğurumuzun təməlini qoymuş olarıq", - deyə Mətkərimova qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər