Bolqarıstan Vəkillər Kollegiyası Şurasının üzvü: "Son illər məişət zorakılığı halları artıb"


  • 2 İyun 2023 15:40

"Hökumət tərəfindən məişət zorakılığının qarşısnını alınması istiqamətində ciddi addımlar atılır".

E-huquq.az xəbər verir ki, bunu Bolqarıstan Vəkillər Kollegiyası Şurasının üzvü Eli Hristova türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Bolqarıstanda məişət zorakılığı haqda qanuna dəyişiklik layihəsi qəbul edilib.

"Buna səbəb son illərdə məişət zorakılığı hallarında ciddi artımın qeydə alınmasıdır. məişət zorakılığı ilə bağlı qaynar xəttə müraciət edənlərin sayında son illərdə kəskin artım qeydə alınıb. Təhlillər artan məişət zorakılığı hallarına görə qanunvericilikdə dəyişikliyə ehtiyac olduğunu göstərir. Monitorinq və qiymətləndirmələr ardıcıl dövlət siyasətini tələb edir", - Eli Hristova bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər