Hindistan VK-nın vitse-prezidenti: "Gender bərabərsizliyi ölkəmizdə aktual problemlərdəndir"


  • 2 İyun 2023 16:27

"Hindistanda təxminən 2,7 milyon vəkil var ki, onların 30 faizini qadınlar təşkil edir".

E-huquq.az xəbər verir ki, bunu Hindistan Vəkillər Kollegiyasının vitse-prezidenti Uday Prakaş Varunjikar türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Hindistanda hazırda 1800 hüquq məktəbi var: "Ölkədə uzun illərdir ki, qadın hüquqşünaslar fəaliyət göstərir. Tədqiqatlar göstərir ki, pandemiya dövründə qadın vəkillərin sayı kişilərlə müqayisədə xeyli artıb".

Varunjikar bildirib ki, gender bərabərsizliyi Hindistanda da aktual problemlərdəndir: "Bunun əsas səbəbi cəmiyətin düşüncə tərzidir. Əksər ölkələrdə oğlan uşaqlarına üstünlük verilir. Bu bizim ölkəmizdə də belədir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər