Bakıda 27 dərəcə isti qeydə alınıb, Kürdə suyun səviyyəsi artıb - FAKTİKİ HAVA


  • 2 İyun 2023 19:33

Bakıda 27 dərəcə isti qeydə alınıb, Kürdə suyun səviyyəsi artıb.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 2-si saat 19:00-a olan məlumata əsasən, Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.

Oxşar xəbərlər