Macarıstan və Azərbaycan qaz tədarükü haqqında saziş imzaladı


  • 3 İyun 2023 00:33

Azərbayacan ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.

E-huquq.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "Facebook" hesabında yazıb.

Qeyd olunub ki, bu barədə Bakıda Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında saziş imzalanıb.

"Bu gün Macarıstanın enerji təchizatının təhlükəsizliyi artıb. Etibarlılığı təmin etmək üçün mümkün qədər yeni mənbələr cəlb edilməlidir. Qafqazdan bizə ildə 2 milyard kubmetrə qədər qaz daxil olacaq. Bu uzunmüddətli müqavilə üçün əsas ola bilər", - deyə Siyarto bildirib.

Oxşar xəbərlər