Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb.
E-huquq.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında əksini tapıb.
Yeni strukturda Azərbaycan Prezidentinin köməkçilərinin sayı 8-dən 9-a qaldırılıb. Müvafiq sərəncamlarla Cəmilə Abbasova, Anar Ələkbərov, Kərəm Həsənov, Zeynal Nağdəliyev, Məhərrəm Əliyev, Fuad Ələsgərov, Hikmət Hacıyev, Şahmar Mövsümov və Natiq Əmirov Azərbaycan Prezidentinin köməkçisi təyin ediliblər.
Mənbə: APA
