Məzmuna keç

Cari ilin 5 ayı ərzində “Azəriqaz”a daxil olan şikayətlərin sayı açıqlandı

2023-cü ilin 5 ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa 5 474 şikayət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bu gün keçirilən "Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisi qeyd edib ki, bu şikayətlərdən 2 548 müraciət "Opentekst" proqramı vasitəsilə, 2 926 müraciət isə elektron formada olub.

"Opentekst" proqramı vasitəsilə daxil olan şikayətlər 2022-ci ilin ilk beş ayı ilə müqayisədə 186 müraciət az olub.

Göndərilən müraciətlərin çoxu təbii qaza olan yaranmış borcun araşdırılması və evlərin fərdi qaydada qazlaşdırılması ilə bağlı olub.

Şəbnəm Mehdizadə