Məzmuna keç

Ağcabədidə “Açıq mikrofon” aksiyası keçirildi –

Ağcabədi rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında bu dəfə Qaraxanlı, Hacılar, Taynaq və Poladlı kəndlərinin sakinləri iştirak edib.

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, sakinləri “Səyyar qəbul otağı”na gətirən səbəb adıçəkilən kəndlərin mavi yanacaqla təchiz edilməsi olub.

Mikrofon önünə çıxan 8 sakindən 6-sı həmin kəndlərin qazlaşdırılmasını xahiş edib. Aksiyada səslənən digər 2 müraciət isə fərdi yaşayış evinin qazlaşdırılması və borca görə dayandırılmış qaz təchizatının bərpasına köməkliyin göstərilməsindən ibarət olub.

Tərtər RQİİ-nin rəhbər şəxsləri ünvanlanan problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.