"Azərbaycanda kriptoqrafiya sahəsinin inkişaf etdirilməsi üçün kifayət qədər potensial var".
E-huquq.az xəbər verir ki, Dövlət Təhlüləsizliyi Xidmətinin (DTX) Kibertəhülkəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Kriptoqrafiya üzrə elmi-praktiki seminar”da çıxışında deyib.
O, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən seminarı yüksək qiymətləndirib.
"Son aylar ərzində kriptoqrafiya ilə bağlı keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanda kriptoqrafiyaya marağın yüksək olduğunu göstərir. Bu sahənin mütəxəssisi kimi, bu, məni çox sevindirir. Çox istərdim ki, kriptoqrafiyaya həvəsi olan gənclər üçün AKTA körpü rolu oynasın. Azərbaycanda kriptoqrafiya mərkəzinin inkişafı mümkündür. Çünki ölkəmizdə bu gün güclü riyaziyyat məktəbi var. Bu məktəbin potensialı bizə imkan verəcək ki, sürətlə inkişaf edək. DTX olaraq, kriptoqrafik həllərin, kriptoqrafik mühafizə vasitələrinin qlobal bazarlara çıxmasını istəyirik", – D.Rüstəmov bildirib.
Şəbnəm Mehdizadə
