"Kriptoqrafiya artıq rəqəmsal fəzanın ayrılmaz bir tərkib hissəsinə çevrilib".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov "Kriptoqrafiya üzrə elmi-praktiki seminar"da çıxışında deyib.
O bildirib ki, kriptoqrafiya konfidensiallığın təmin olunması ilə yanaşı, məlumatların tamlığının təmin olunması baxımından önəmlidir.
E.Balacanov bu sahədə tələbələrin biliklərinin artırılmasının vacibliyini vurğulayıb: "12-16 iyun tarixlərində kriptoqrafiya ilə bağlı təlimlər baş tutacaq. İnformasiya təhlükəsizliyi və kompüter elmləri üzrə təhsil alan, kriptoqrafiya üzrə fənnin tədrisini başa vurmuş tələbələri təlimlərə cəlb edəcəyik. Təlimin sonunda tələbələr üçün kriptoqrafiya üzrə əldə etdikləri biliklərin tətbiq olunması məqsədilə yarış nəzərdə tutulub. Bu yarış gənclərin biliklərin qiymətləndirilməsi baxımından mühümdür. Düşünürəm ki, bügünkü seminar, təlim və yarış ölkədə kriptoqrafiya sahəsinə böyük töhfə verəcək".
Şəbnəm Mehdizadə
