2023-cü ilin 6 ayı ərzində 15 kənd və 25 yaşayış massivi qazla təmin olunub.
E-huquq.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə qazın verilməsi ilə bağlı heç bir problem yoxdur.
“Hazırda 23 kənd və 19 yaşayış massivində bu istiqamətdə işlər gedir. 11 kənd, 14 yaşayış massivində isə işlər tamamlanmaq üzrədir” – şöbə rəisi əlavə edib.
Şəbnəm Mehdizadə
