Məzmuna keç

Son sutkada qəbul edilən qazın həcmi açıqlandı

Respublika üzrə sutka ərzində 10 milyon 279 min kub metr qaz qəbul olunub.

E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Şöbə rəisi qeyd edib ki, Bakı və Abşeron üzrə bu göstərici 7 milyon 357 min kub metr olub. Regionlar üzrə isə sutka ərzində 2 milyon 922 min kub metr qaz qəbul olunub.

“Beləliklə, Bakı və Abşeron üzrə 72%, regionlar üzrə 28 faiz qaz qəbul olunub”, – deyə R.Əhmədov bildirib.

Şəbnəm Mehdizadə