Məzmuna keç

İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

İlham Əliyev Rusiya Prezidentinə başsalığı verdi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

E-huquq.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".