Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ötən il səfirliyə hücum edən şəxs barədə Paris məhkəməsinin qərarına münasibət bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.
"Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək", – deyə L.Abdullayeva qeyd edib.
Xatırladaq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olub və nəticədə Səfirliyin binasına zərər yetirilib.
Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.
