Məzmuna keç

Bu şəhər və rayonlarda parklanma pulsuz olacaq

Bakı, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə(şəhər və rayonlarda) parklanma ödənişsiz olacaq.

E-huquq.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, həmçinin bütün ərazilərdə nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Sıra

№-si

İnzibati ərazi vahidi

Zona

1 saat üçün ödənişin məbləği

(manatla, ƏDV daxil)

1.

Bakı şəhəri

(“İçərişəhər” Dövlət Tarix- Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruq- larının əraziləri istisna olmaqla)

Mərkəz

1,00

I

0,70

II

0,40

III

0,30

IV

ödənişsiz

2.

Sumqayıt şəhəri

Mərkəz

0,40

I

0,20

II

ödənişsiz

3.

Gəncə şəhəri

Mərkəz

0,40

I

0,20

II

ödənişsiz

4.

Digər

ödənişsiz