Məzmuna keç

MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", – məlumatda deyilir.