Məzmuna keç

Rusiya Xarkovu atəşə tutdu –

Rusiya Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutub.

E-huquq.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə nəticəsində 38 nəfər yaralanıb.

Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.

Həmçinin, Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Rusiya əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atıb.