İyulun 4-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Unicef Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Vəkillər Kollegiyasının üzvləri üçün “SOS Uşaq Kəndləri- Azərbaycan” assosiasiyasının Gəncə şəhər ofisinin təlim zalında təlim keçirilib.
E-huquq.az xəbər verir ki, “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda əyani qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü, uşaq hüquqları üzrə ekspert Rafiq Alışov təlimçi qismində iştirak edib.
1 günlük təlimdə Gəncə şəhər 1 saylı vəkil bürosunun, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən vəkillər iştirak ediblər.
Təlimdə ümumilikdə 18 vəkil iştirak edib.
