Azərbaycanda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı öz işini uğurla başa vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.
Geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:
– Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi,
– Yekun sənəd,
– Bakı Bəyannaməsi,
– Ev sahibi olan ölkəyə təşəkkür məktubu,
– 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə.
