Məzmuna keç

Ərdoğanla Ukrayna prezidenti arasındakı görüş başa çatdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimr Zelenski İstanbulda Vahdettin Köşkündə görüşü başa çatıb.

E-huquq.az-ın məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

İki liderin görüşlərindən sonra birgə mətbuat konfransı keçiriləcək.