Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Rüstəm Xəlilov 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.
